Sualın var?
Qeydiyyat, format və seçim barədə qısa cavablar — 8 sual, 4 mövzu.
Təlim seçimi
Hansı təlimdən başlamalıyam?
Təlimlər səhifəsindəki təlim seçici 9 sualla sənə uyğun təlimi göstərir. Qısaca: İT təməlin zəifdirsə Essentials, təməlin varsa Blue Team. Quizə keç →
Essentials-ı keçmədən birbaşa Blue Team-ə yazıla bilərəm?
Bəli, əgər şəbəkə, əməliyyat sistemləri və veb üzrə təməl biliklərin varsa. Essentials məzunları isə birbaşa bu mərhələyə keçir.
Qeydiyyat
Kursa necə qeydiyyatdan keçmək olar?
“Müraciət et” düyməsi ilə qeydiyyat formunu doldur — səninlə əlaqə saxlayacağıq. İstəsən birbaşa WhatsApp-da yaz və ya zəng et. Qeydiyyat formu →
Qeydiyyat üçün hansı məlumatlar lazımdır?
Ad və soyad, əlaqə nömrəsi, istəyə bağlı olaraq email və maraqlandığın təlim. İT təcrübən barədə qısa qeyd tövsiyəni asanlaşdırır.
Format və şərtlər
Dərslər onlayn, yoxsa əyani keçirilir?
Format hər qrup üçün ayrıca müəyyənləşdirilir. Cari qrupun formatı, cədvəli və start tarixi barədə müraciət zamanı məlumat verilir.
Qiymət və ödəniş şərtləri barədə haradan məlumat ala bilərəm?
Qiymət və ödəniş şərtləri müraciət zamanı fərdi olaraq təqdim olunur.
Təlim prosesi
Sertifikat verilir?
Bəli. Proqramı uğurla tamamlayan tələbələrə yekun yoxlamadan sonra RS SECURITY bitirmə sertifikatı təqdim olunur. Hər sertifikatın unikal ID-si və QR kodu var: QR kodu oxutmaqla və ya ID ilə saytda həqiqiliyi yoxlanılır. Sertifikatı yoxla →
Mentor dəstəyi necə işləyir?
Mentor dəstəyi kurs boyu 7/24 davam edir: suallarını dərs cədvəlindən kənar vaxtlarda da verə bilərsən.
Uyğun sual tapılmadı. Bizə yaz →
Cavabı tapmadın?
Sualını birbaşa yaz — cavablandıraq.