BTA-L1Mərhələ 02 · İxtisas

Junior Blue Team Analyst (L1)

L1 SOC analitiki üçün tələb olunan monitorinq, insidentlərə müdaxilə, şəbəkə analizi və SIEM arxitekturası üzrə nəzəri və analitik düşüncəni formalaşdıran proqram.

Səviyyə
Orta
Müddət
3 ay · 12 həftə
Format
Həftədə 2 dərs + ayrıca lab günləri
Tələb
Təməl İT bilikləri tövsiyə olunur
Hədəf
L1 SOC analitiki

01Modullar

Üç faza — hadisədən cavaba qədər

  1. Faza 01

    SOC əməliyyatları, endpoint təhlükəsizliyi və insidentlərə müdaxilə

    SOC mühitinin strukturu, endpoint-lərdə baş verən hadisələr və təhdidlərin təbiəti.

    • SOC: insan, proses, texnologiya; L1/L2/L3 rolları və eskalasiya
    • İnsidentlərə müdaxilə: NIST və SANS, insidentin həyat dövrü
    • Playbook və runbook fərqi
    • Windows Event Logs və vacib Event ID-lər (4624, 4625, 4688)
    • Sysmon və zərərli fəaliyyətin aşkarlanma məntiqi
    • Linux loqları: syslog, auth.log, journalctl, auditd
    • EDR / XDR, EPP ilə fərqi və davranış analizi
    • Wazuh arxitekturası, alert məntiqi: false / true positive
  2. Faza 02

    Şəbəkə təhlükəsizliyi və analizi (NSM)

    Paketlərin, trafikin və protokolların müdafiə baxımından oxunması, IDS/IPS nəzəriyyəsi.

    • PCAP, TCP üçtərəfli əl sıxışması, Wireshark və tcpdump
    • Zərərli trafik: C2 kommunikasiyası və DNS tunneling
    • IDS / IPS: signature-based və anomaly-based aşkarlama
    • Suricata arxitekturası və qayda sintaksisi
    • Zeek: conn.log, dns.log, http.log; beaconing və lateral movement
    • E-poçt təhlükəsizliyi: phishing, header analizi, SPF, DKIM, DMARC
    • Veb loq analizi: SQLi, XSS və directory traversal izləri
  3. Faza 03

    SIEM, təhdid kəşfiyyatı və proseslərin idarə edilməsi

    Məlumatların mərkəzləşdirilməsi, təhdid kəşfiyyatı və SOC proseslərinin avtomatlaşdırılması.

    • SIEM və ELK: Logstash, Elasticsearch, indeksləmə
    • Splunk: Forwarder, Indexer, Search Head, SPL axtarışı
    • Korrelyasiya qaydaları və mürəkkəb hücumların aşkarlanması
    • MITRE ATT&CK, IoC və TTP anlayışları
    • Rəqəmsal kriminalistika: disk, RAM, Order of Volatility
    • Malware analizinə giriş: statik və dinamik analiz, sandbox
    • Zəifliklərin idarə edilməsi: CVSS, Nessus / Qualys, patch management
    • SOC avtomatlaşdırması və SOAR

02Praktiki hissə

Lab günləri və real alətlər

  • Ayrıca lab günləri

    Praktik tətbiqlər və lablar əsas dərslərdən ayrı günlərdə, nəzarətli mühitdə keçirilir.

  • Analiz məşqləri

    Loqların oxunması, şəbəkə trafikinin analizi və aşkarlama qaydalarının yazılması.

Real alətlər

  • Wireshark
  • tcpdump
  • Suricata
  • Zeek
  • Wazuh
  • Sysmon
  • ELK
  • Splunk

03Kimlər üçündür

Bu təlim sənə uyğundurmu?

  • Şəbəkə, əməliyyat sistemləri və veb təməli olanlar
  • SOC / Blue Team istiqamətində karyera qurmaq istəyənlər
  • Cybersecurity Essentials məzunları

Uyğunluq yoxlaması

Sənə aid olan fikirləri qeyd et:

0 / 4Fikirləri qeyd etdikcə nəticə burada görünəcək.

04Öyrənmə nəticələri

Təlimi tamamladıqdan sonra

  1. 01SOC strukturunu, L1 rolunu və eskalasiya məntiqini anlamaq
  2. 02Windows, Sysmon və Linux loqlarında şübhəli fəaliyyəti ayırd etmək
  3. 03Alertləri false / true positive kimi qiymətləndirmək
  4. 04Trafikdə C2, DNS tunneling və digər anomaliyaları tanımaq
  5. 05Suricata qaydalarının strukturunu oxumaq və yazmaq
  6. 06SIEM-də (ELK, Splunk) axtarış və korrelyasiya məntiqini tətbiq etmək
  7. 07Təhdidləri MITRE ATT&CK, IoC və TTP ilə təsnif etmək
  8. 08İnsidentə müdaxilə mərhələlərini NIST / SANS üzrə izləmək

05Suallar

Müraciətdən əvvəl ən çox soruşulanlar

Essentials-ı keçmədən birbaşa Blue Team-ə yazıla bilərəm?

Bəli, əgər şəbəkə, əməliyyat sistemləri və veb üzrə təməl biliklərin varsa. Essentials məzunları isə birbaşa bu mərhələyə keçir.

Kursa necə qeydiyyatdan keçmək olar?

“Müraciət et” düyməsi ilə qeydiyyat formunu doldur — səninlə əlaqə saxlayacağıq. İstəsən birbaşa WhatsApp-da yaz və ya zəng et. Qeydiyyat formu →

Dərslər onlayn, yoxsa əyani keçirilir?

Format hər qrup üçün ayrıca müəyyənləşdirilir. Cari qrupun formatı, cədvəli və start tarixi barədə müraciət zamanı məlumat verilir.

Qiymət və ödəniş şərtləri barədə haradan məlumat ala bilərəm?

Qiymət və ödəniş şərtləri müraciət zamanı fərdi olaraq təqdim olunur.

Sertifikat verilir?

Bəli. Proqramı uğurla tamamlayan tələbələrə yekun yoxlamadan sonra RS SECURITY bitirmə sertifikatı təqdim olunur. Hər sertifikatın unikal ID-si və QR kodu var: QR kodu oxutmaqla və ya ID ilə saytda həqiqiliyi yoxlanılır. Sertifikatı yoxla →

Mentor dəstəyi necə işləyir?

Mentor dəstəyi kurs boyu 7/24 davam edir: suallarını dərs cədvəlindən kənar vaxtlarda da verə bilərsən.

Bütün suallar →

BTA-L1

Junior Blue Team Analyst (L1) ilə başla

Müraciət et — qrup, cədvəl və şərtlər barədə məlumat verək.

Təməlin zəifdir? Cybersecurity Essentials Blue Team təməl bilik tələb edir. Şəbəkə və OS təməli üçün əvvəlcə Essentials.
BTA-L1Junior Blue Team Analyst (L1) Müraciət et
WhatsApp