CSE-01Mərhələ 01 · Təməl

Cybersecurity Essentials

Hücum (Red Team) və müdafiə (Blue Team) istiqamətlərinə keçməzdən əvvəl lazım olan İT, şəbəkə, əməliyyat sistemləri və veb arxitekturası biliklərini formalaşdıran təməl hazırlıq proqramı.

Səviyyə
Başlanğıc
Müddət
3 ay · 12 həftə
Format
Həftədə 2 dərs
Tələb
İlkin bilik tələb olunmur
Hədəf
Red / Blue Team istiqamətinə hazırlıq

01Modullar

Üç qat — bir-birinin üzərində qurulur

Qat 01 Şəbəkə və əməliyyat sistemləri təməlləri 7 mövzu

Sistemlərin bir-biri ilə necə əlaqə qurduğu və əsas əməliyyat sistemlərinin daxili arxitekturası.

  • CIA triadası, AAA məntiqi və təməl terminologiya
  • OSI və TCP/IP modelləri, IP və MAC ünvanlama, subnetting
  • Portlar və protokollar: HTTP/S, DNS, DHCP, FTP, SSH, RDP
  • Router, switch, firewall, proxy və load balancer
  • Linux: terminal, fayl sistemi, icazələr, proseslər, paketlər
  • Windows: fayl sistemi, Registry, Services, Event Viewer
  • Active Directory, GPO, Kerberos və NTLM autentifikasiyası
Qat 02 Veb arxitekturası, məlumat bazası və kriptoqrafiya 8 mövzu

Məlumatların necə saxlanıldığı, veb tətbiqlərin necə işlədiyi və məxfiliyin necə qorunduğu.

  • HTTP request/response axını və status kodları
  • HTML, JS, CSS məntiqi, cookie, sessiya və API
  • Relyasiyalı məlumat bazaları və təməl SQL sorğuları
  • IAM: autentifikasiya və avtorizasiya, SSO, MFA
  • Simmetrik və asimmetrik şifrələmə, PKI, SSL/TLS
  • Hashing və encoding: MD5, SHA ailəsi, Base64
  • Malware növləri və OWASP Top 10-a ümumi baxış
  • Sosial mühəndislik: phishing, vishing, OSINT
Qat 03 Modern İT infrastrukturu və avtomatlaşdırma 7 mövzu

Virtualizasiya, bulud, loqlama və təməl skriptləşdirmə — alətləri avtomatlaşdırmaq üçün zəmin.

  • Hypervisor növləri, VirtualBox / VMware, snapshot
  • Docker və konteynerlər, mikroservis arxitekturası
  • Bash skriptləri ilə avtomatlaşdırma
  • Python-a giriş və kibertəhlükəsizlikdə rolu
  • Bulud: IaaS, PaaS, SaaS, AWS / Azure təməlləri
  • Shared Responsibility Model və VPC
  • Defense in Depth, Zero Trust və loqlamanın rolu

02Praktiki hissə

Tapşırıqdan yekun imtahana

  1. 01Praktiki tapşırıqlar

    Hər mövzu tapşırıqlarla möhkəmləndirilir: Linux terminalı, istifadəçi hüquqları, şəbəkə konfiqurasiyası.

  2. 02Virtual mühit

    VirtualBox / VMware ilə virtual maşınların qurulması və snapshot məntiqi.

  3. 03Skript və sorğular

    Bash və Python ilə sadə avtomatlaşdırma, təməl SQL sorğuları.

  4. 04Yekun imtahan

    Nəzəri və praktiki yoxlama: şəbəkə quraşdırma, Linux tapşırığı, sadə SQL sorğusu və konseptlər.

03Kimlər üçündür

Bu təlim sənə uyğundurmu?

  • İT bilikləri olmayan və ya zəif olanlar
  • Kibertəhlükəsizliyə sıfırdan başlamaq istəyənlər
  • Red və ya Blue Team istiqamətinə keçməzdən əvvəl möhkəm təməl qurmaq istəyənlər

Uyğunluq yoxlaması

Sənə aid olan fikirləri qeyd et:

0 / 4Fikirləri qeyd etdikcə nəticə burada görünəcək.

04Öyrənmə nəticələri

Təlimi tamamladıqdan sonra

  1. 01Şəbəkələrin necə işlədiyini OSI və TCP/IP səviyyəsində izah etmək
  2. 02Linux və Windows sistemlərində işləmək, Active Directory məntiqini anlamaq
  3. 03Veb tətbiqin sorğu-cavab axınını və təməl SQL-i anlamaq
  4. 04Şifrələmə, hashing və encoding-i bir-birindən ayırmaq
  5. 05Bash və Python ilə sadə tapşırıqları avtomatlaşdırmaq
  6. 06Virtualizasiya, konteyner və bulud konseptlərini tanımaq

05Suallar

Müraciətdən əvvəl ən çox soruşulanlar

Kursa necə qeydiyyatdan keçmək olar?

“Müraciət et” düyməsi ilə qeydiyyat formunu doldur — səninlə əlaqə saxlayacağıq. İstəsən birbaşa WhatsApp-da yaz və ya zəng et. Qeydiyyat formu →

Dərslər onlayn, yoxsa əyani keçirilir?

Format hər qrup üçün ayrıca müəyyənləşdirilir. Cari qrupun formatı, cədvəli və start tarixi barədə müraciət zamanı məlumat verilir.

Qiymət və ödəniş şərtləri barədə haradan məlumat ala bilərəm?

Qiymət və ödəniş şərtləri müraciət zamanı fərdi olaraq təqdim olunur.

Sertifikat verilir?

Bəli. Proqramı uğurla tamamlayan tələbələrə yekun yoxlamadan sonra RS SECURITY bitirmə sertifikatı təqdim olunur. Hər sertifikatın unikal ID-si və QR kodu var: QR kodu oxutmaqla və ya ID ilə saytda həqiqiliyi yoxlanılır. Sertifikatı yoxla →

Mentor dəstəyi necə işləyir?

Mentor dəstəyi kurs boyu 7/24 davam edir: suallarını dərs cədvəlindən kənar vaxtlarda da verə bilərsən.

Bütün suallar →

CSE-01

Cybersecurity Essentials ilə başla

Müraciət et — qrup, cədvəl və şərtlər barədə məlumat verək.

Növbəti addım Junior Blue Team Analyst (L1) Essentials məzunları birbaşa Blue Team təliminə keçə bilir.
CSE-01Cybersecurity Essentials Müraciət et
WhatsApp