Məxfilik
Qısa cavab: sayt səni izləmir. Aşağıda hansı məlumatın harada və nə üçün işləndiyi açıq yazılıb.
Son yenilənmə: Noyabr 2026
- 01
Sayt nəyi toplamır
Saytda cookie, localStorage və ya oxşar saxlama mexanizmləri istifadə olunmur.
Analitika, reklam və izləmə skriptləri yoxdur. Saytın təhlükəsizlik siyasəti (CSP) brauzerə üçüncü tərəf skripti yükləməyi qadağan edir.
Sayta baxmaq üçün qeydiyyat və ya hesab tələb olunmur.
- 02
Əlaqə forması
Əlaqə səhifəsindəki formaya yazdığın məlumat serverimizə göndərilmir və saytda saxlanılmır.
Mesaj brauzerində hazırlanır və öz WhatsApp və ya email tətbiqində açılır — göndərib-göndərməmək sənin qərarındır.
Mesajı göndərdikdən sonra o, WhatsApp və ya email xidmətinin öz qaydaları ilə bizə çatır.
- 03
Qeydiyyat formu
Təlimlərə müraciət Google Forms üzərindən qəbul olunur. Formda daxil etdiyin məlumat (ad və soyad, əlaqə nömrəsi, email, seçdiyin təlim) Google-un xidmətində saxlanılır.
Bu məlumatdan yalnız müraciətinlə bağlı səninlə əlaqə saxlamaq və qrupa yerləşdirmək üçün istifadə edirik; üçüncü tərəflərə satmırıq və reklam məqsədilə ötürmürük.
- 04
Sertifikat yoxlama səhifələri
Hər bitirmə sertifikatının saytda açıq yoxlama səhifəsi var. Orada məzunun adı və soyadı, təlimin adı, verilmə tarixi və sertifikat ID-si göstərilir; yekun bal göstərilə bilər.
Bu səhifələr axtarış sistemlərində indekslənmir və yalnız ID-ni və ya QR kodu bilən şəxs tərəfindən açılır.
Öz sertifikat səhifənin dəyişdirilməsini və ya silinməsini istəyirsənsə, bizə yaz.
- 05
Server jurnalları
Hər veb server kimi, saytın serveri də sorğuların texniki jurnalını aparır: IP ünvan, sorğunun vaxtı və açılan ünvan.
Bu qeydlər yalnız təhlükəsizlik və nasazlıqların araşdırılması üçün istifadə olunur.
- 06
Üçüncü tərəf xidmətləri
Şriftlər Google Fonts-dan yüklənir; bu zaman brauzerin Google serverlərinə qoşulur və IP ünvanın onlara görünür.
Saytdakı WhatsApp, Instagram, Google Forms və LinkedIn linkləri həmin xidmətlərə aparır — orada onların öz məxfilik siyasətləri keçərlidir.
Sualın və ya sorğun var?
Məlumatının düzəldilməsi və ya silinməsi üçün bizə yaz: rsxsecurity@gmail.com